BAKI, 31 may — Sputnik. ABŞ alimləri Amerika narkomanların və alkoqol aludəçilərinin sevimli musiqi qruplarını və filmlərini müəyyən ediblər. Sputnik Azərbaycan xəbər verir ki, sözügedən araşdırma Cornell Universitetinin elektron kitabxanasının saytında açıqlanıb.
Alimlərin araşdırmasının nəticəsinə görə, ABŞ-ın narkotik preparatlar qəbul edən sakinlərinin əksəriyyəti Radiohead, The Cure, Depeche Mode, The Smiths və Arctic Monkeys kimi musiqi qruplarına qulaq asırlar. Amerikalı alkoqol aludəçilərinin sevimli filmləri siyahısındakı top ikiliyə "V – Vandetta deməkdir" (V for Vendetta) və "Bundok müqəddəsləri" (The Boondock Saints) daxildir.
Bu nəticəyə müəlliflər, kompüter tədqiqatları proqramı tərəfindən həyata keçirilmiş 150 mindən çox ingilisdilli amerikalının "Facebook" hesabındakı like-ların analizi sayəsində gəliblər. Mütəxəssislər qeyd ediblər ki, onların hazırladıqları sistem "Facebook" istifadəçilərinin asılılıqları ilə bağlı son dərəcədə düzgün tədqiqat aparmağa qadirdir. Bu sistem siqaret alışqanlığı olanları 86%, narkotik asılılığı olanları 84%, alkoqol asılılığı olanları isə 81 % düzgün təyin edir.