BAKI, 31 may — Sputnik. Türkiyə Futbol Federasiyası 9 iyun tarixində keçiriləcək ümumi yığıncaq öncəsində diqqətçəkən qərara imza atıb. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, Federasiya rəhbərliyi Türkiyə millisinin sabiq futbolçusu Hakan Şükürün quruma üzvlük haqqını ləğv edib.
Uzun illərdir Federasiyanın rəsmi üzvü olan Hakan Şükürün yerinə keçmiş milli futbolçu Ogün Temizkanoğlu daxil edilib. Mövzu ilə bağlı Hakan Şükür hələlik hər hansı açıqlama verməyib.