Dolların çöküş dövrü başladı

CC0 / JESHOOTS / dollarДоллары в руке
Доллары в руке - Sputnik Azərbaycan
Abunə olmaq
Həm "qara bazar"da, həm də banklararası ticarətdə də dollar ucuzlaşıb

BAKI, 31 may — Sputnik. Son iki gündə "qara bazar"da dollar yenidən ucuzlaşıb. Fins.az-ın fərdi qaydada valyuta satışı ilə məşğul olan şəxslərdən əldə etdiyi məlumatlara əsasən, may ayının 30-dan etibarən dolların alışı 1.6950 manatdan 1.6800 manata, satışı isə 1.7050 manatdan 1.6900 manata düşüb.

Центральный банк Азербайджанской Республики - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Dolların sabaha olan məzənnəsi açıqlanıb

Dollarla yanaşı, avro da "qara bazar"da ucuzlaşıb. Belə ki, Avropa valyutasının alışı 1.8900 manatdan 1.8500 manata, satışı isə 1.9000 manatdan 1.8900 manata kimi düşüb.

May ayının 31-də banklararası ticarətdə də dollar ucuzlaşıb. "Bloomberg" terminalında dollar günə 1.6925 manat məzənnəsi ilə başlayıb. Bu isə ötən günlə müqayisədə dolların manat qarşısında 0,62% dəyər itirməsi deməkdir. Ötən gün "Bloomberg"də dollar ticarəti 1.7031 manat məzənnəsi ilə yekunlaşmışdı.

Xatırladaq ki, bir sıra banklar öz müştəriləri üçün müəyyən etdiyi alış-satış qiymətlərini "Bloomberg" platformasında əks etdirirlər. Bu sifarişlər əsasında başqa bir indeks formalaşır ki, həmin indeks "Bloomberg" ticarət platforması ilə yanaşı Bloomberg.com saytında da elan olunur.

Xəbər lenti
0