CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çimərliklərə bu avtobuslarla gedə biləcəksiz

Abunə olmaq
Mövsümi xarakretli dəyişiklik sabahdan qüvvəyə minəcək

BAKI, 31 may — Sputnik. Bakı Nəqliyyat Agentliyinin qərarı ilə Bakı ətrafı kənd və qəsəbələrdə fəaliyyət göstərən 9 marşrut xətti üzrə avtobusların hərəkət trayektoriyasında dəyişiklik edilib. Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilki çimərlik mövsümündə əhalinin və turistlərin çimərliklərə rahat gediş-gəlişini təmin etməkdir. Mövsümi xarakretli dəyişikliyə əsasən, 01.06.2017 tarixindən qüvvəyə minəcək. Aşağıda qeyd edilən marşrut xətləri belə olacaq.

107 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Buzovna" çimərliyinə,

172 nömrəli marşrut xətti üzrə avtobuslar metronun "Koroğlu" stansiyasından "Bilgəh" bağlarına,

173 nömrəli marşrut xətti üzrə avtobuslar "Pirşağı" bağlarına və çimərliyinə,

179 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar Süleyman Sani Axundov küçəsindən "Qızılqum" sanatoriyasına,

189 nömrəli müntəzəm marşrutdan 1 ədəd avtobus ayırmaqla, həmin marşrutun hərəkət istiqaməti Nardaran qəsəbəsinin "Ləhiş" bağlarına,

141 nömrəli marşrut xətti üzrə avtobuslar Mərdəkan qəsəbəsinin "Sahil" çimərliyinə,

108 və 134 nömrəli marşrut xətti avtobuslar "Görədil" və "Fatmayi" bağlarına,

210 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar isə "Türkan" bağlarına qədər fəaliyyət göstərəcək.

Xəbər lenti
0