Türkiyə ilə Almaniya arasında "əsəblər tarıma çəkildi"

© Photo : Salih Zeki Fazlioglu/Anadolu, Pool Photo via APƏrdoğan və Merkel
Ərdoğan və Merkel - Sputnik Azərbaycan
Abunə olmaq
Mövlud Çavuşoğlu: "Bu şərtlərdə bizim İncirliyi alman parlamentarilərə açmağımız mümkün deyil"

BAKI, 31 may — Sputnik. Almaniya ilə Türkiyə arasında İncirlik hərbi bazası ətrafında yaranan böhran daha da dərinləşib. Sputnik Azərbaycan bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

© Sputnik / Murad OrujovМинистр иностранных дел Турции Мевлют Чавушоглу в ходе совместного брифинга с азербайджанским коллегой Эльмаром Мамедъяровым
Министр иностранных дел Турции Мевлют Чавушоглу в ходе совместного брифинга с азербайджанским коллегой Эльмаром Мамедъяровым - Sputnik Azərbaycan
Министр иностранных дел Турции Мевлют Чавушоглу в ходе совместного брифинга с азербайджанским коллегой Эльмаром Мамедъяровым

Bazadakı alman hərbçiləri ziyarət etmək istəyən Almaniya parlamentindən olan millət vəkilləri haqda danışan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib: "Bu şərtlərdə İncirlik bazasının qapılarını alman parlamentarilərinə açmağımız mümkün deyil. Çünki rəsmi Berlin Türkiyənin əleyhinə nə varsa, onu dəstəkləyir. PKK-nın Almaniyadakı fəaliyyətlərinə göz yumur, ölkəmizdə çevrilişə cəhd edən xuntaçılara qucaq açır və s. Bunları necə görməzdən gələ bilərik?"

""Mən Türkiyəyə istədiyimi edəcəyəm, yenə də Türkiyədən istədiyimi alacağam" dövrü keçdi. Belə bir şey yoxdur. Türkiyədən müsbət şeylər görmək istəyirsinizsə, Türkiyəyə düşməncəsinə yanaşmayacaqsınız" — Çavuşoğlu deyib.

Almaniya xarici işlər naziri Sigmar Qabriel ilə problemləri həll etmək üçün mütəmadi görüşdüklərini qeyd edən Çavuşoğlu həmkarının bazar ertəsi Türkiyəyə gələcəyini bildirib: "Bu şərtlərdə bizim İncirliyi alman parlamentarilərə açmağımız mümkün deyil. Gələcəkdə müsbət addım atsalar, bunu dəyərləndirərik".

Xəbər lenti
0