Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 31 may — Sputnik. Xaçmaz rayon Polis şöbəsində ilginc hadisə baş verib.
Əslən Bakı şəhərindən olan 38 yaşlı Ramin Əhmədov RPŞ-yə gətirilib və bir müddət sonra polis işçilərinin gözü qarşısında damarlarını kəsib.
Saxlanılan şəxs dərhal Xaçmaz Rayon Xəstəxanasına gətirilib və onun damarlarına tikişlər qoyulub. Xəstənin vəziyyəti normallaşandan sonra dərhal RPŞ-yə qaytarılıb.
R.Əhmədovun polis idarəsinə gətirilməsinin və özünə qəsd etməsinin səbəbi açıqlanmayıb.