Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"İki yüz milyard dollarla yeni Azərbaycan qurmaq olardı"

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidДоллары США, фото из архива
Доллары США, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Məsimli: "Yaxın gələcəkdə neftdən kənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər"

BAKI, 31 may- Sputnik. "Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 20%-i həcmindədir. Azərbaycan Beynəlxalq Bankının xarici öhdəliklərinin bir qismini dövlətin öz üzərinə götürməsi isə bu rəqəmi 30%-ə çatdıracaq".

© azadliq.orgƏli Məsimli
Əli Məsimli - Sputnik Azərbaycan
Əli Məsimli

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu millət vəkili Əli Məsimli parlamentin bu gün keçirilən plenar iclasında, 2016-cı il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, büdcənin formalaşmasında neft sektorunun rolu böyükdür.

"Yaxın gələcəkdə neftdən kənar sahə büdcəyə neft qədər vəsait cəlbinə imkan yaratmaya bilər. Lakin islahatları dərinləşdirməklə bu çatışmazlığı aradan qaldırmaq olar. Struktur islahatları dərinləşdirmək, çevik idarəetmə strukturunu yaratmaqla, büdcəyə əlavə yüz milyonlarla vəsait daxil ola bilər" — Məsimli vurğulayıb.

Millət vəkilinin sözlərinə görə, son 10 ildə Dövlət Neft Fondundan həm banklar vasitəsilə, həm də büdcəyə transfertlərlə iqtisadiyyata vəsait qoyuluşu 200 mlrd. manatdan çox olub: "Bu, yeni Azərbaycan qurmaq üçün yetərli idi. Amma həmin vəsaitin istehsalla əlaqəsi zəif olduğuna görə, büdcəyə əlavə vəsait daxil olmur".

Xəbər lenti
0