Сьемка, фото из архива - Sputnik Azərbaycan
VİDEO
Ölkənin və dünyanın müxtəlif yerlərindən maraqlı və aktual görüntülər

Azərbaycan Xalça Evi: ilmələrlə işlənmiş tarix

Abunə olmaq
Azərbaycan xalçaları ölkəmizin tanınma nişanıdır. Bu heyranedici muzeydə - "Xalça evi"ndə əsrlər boyu yaradılan şah əsərlərə tamaşa etmək olar. Bu gözəlliyə Sputnik-in videosunda baxın.

Azərbaycan Xalça Muzeyi 4 mərtəbədən ibarətdir. Burada 10 mindən artıq eksponat qorunur. Birinci mərtəbədə xalçanın inkişaf texnologiyası və ənənələri, xalçaçılıq sənətinin təkamülü bölmələri yerləşir. İkinci mərtəbədə Azərbaycan xalça sənətinin keçdiyi təkamül yolu, sadə və bəsit növü sayılan həsirdən başlayaraq daha mükəmməl formalara yüksəlmə prosesi bu ekspozisiyanın ana xəttini təşkil edir.

Həmçinin burada Azərbaycan xalça məktəblərinin nümunələri (Quba, Şirvan, Bakı, Gəncə, Qazax, Qarabağ və Təbriz) öz əksini tapıb. Üçüncü mərtəbədə isə müasir xalçalar yer alıb.

Muzeyin dördüncü mərtəbəsindəki ekspozisiyada Azərbaycan xalça sənətinin XX yüzillikdə keçdiyi inkişaf yolu, həmin dövrdə fəaliyyət göstərən müxtəlif qurumlar haqqında məlumat verilir.

Xəbər lenti
0