BAKI, 30 may — Sputnik. Almaniyanın Xarici İşlər naziri Siqmar Qabriel, ABŞ prezidenti Donald Trampı hədəf alan açıqlamalar verib. Sputnik Azərbaycan bu barədə "CNN"-ə istinadən xəbər verir. O, Trampın apardığı siyasətin Avropaya mənfi təsir etdiyini, ümumilikdə Qərbi nüfuzdan saldığını söyləyib.
"Bu adamın sayəsində ABŞ Qərb dünyasının lider gücü statusunu itirdi. Mən Avropa qitəsini Trampın siyasətinə qarşı birləşməyə çağırıram" — Qabriel bildirib.
Alman nazir həmçinin əlavə edib ki, Vaşinqtonun mövcud təcrid siyasəti dünyadakı vəziyyətə mənfi təsir edir.