Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Vladimir Putinə qarşı ağır ittiham

© REUTERS / Alexander Zemlianichenko/PoolПрезидент России Владимир Путин во время встречи с главой Азербайджана Ильхамом Алиевым. Баку, 8 августа 2016 года
Президент России Владимир Путин во время встречи с главой Азербайджана Ильхамом Алиевым. Баку, 8 августа 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ-dan səslənən bəyanat dünyada şok effekti yaradıb

BAKI, 30 may — Sputnik. "Putin İŞİD-dən daha təhlükəlidir". Sputnik xəbər verir ki, bu ağır ittihamı ABŞ-ın Respublikaçılar Partiyasından olan senatoru Con Makkeyn, "ABC" telekanalına müsahibəsi zamanı deyib.

Президент РФ В.Путин и премьер-министр РФ Д.Медведев на военном параде в честь 72-й годовщины Победы в ВОВ - Sputnik Azərbaycan
SİYASƏT
Putindən maraqlı açıqlama: "Türklər narahat olmasın"

"Rusiya prezidenti Vladimir Putin dünyada təhlükəsizliyə daha çox ziyan vurur, nəinki İŞİD terror qruplaşması. Rusiya Amerika seçkilərinin gedişini dəyişdirməklə demokratiyanın əsaslarını məhv etməyə cəhd göstərib. Biz isə Putinin bu əməlinə heç bir cavab verə bilməmişik. Ümid edirəm ki, məzuniyyətdən qayıdanadək Senat Rusiyaya qarşı sanksiyaları ağırlaşdıracaq" — Makkeyn bildirib.

Senator, həmçinin əlavə edib ki, Rusiya son olaraq Fransadaki prezident seçkilərinə də kiber-hücum edərək millətçi Marin Lepenin qalib gəlməsi üçün çalışıb.

Mövzu ilə bağlı Sputnik-ə danışan fransız millət vəkili Tieri Mariani isə amerikalı senatorun dediklərini ikili standart olaraq qələmə verib. "ABŞ, təkcə son 50 ildə 81 dəfə başqa ölkələrin prezident seçkilərinə müdaxilə edib və nəticəsini dəyişdirib" — Mariani qeyd edib.

Xəbər lenti
0