BAKI, 15 may — Sputnik. "Biz başqaları kimi, Suriyadakı kürdlərə silah göndərmirik. Ona görə də türklər narahat olmasın". Sputnik Türkiyə xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin, Çinin paytaxtı Pekində keçirilən beynəlxalq ipək yolu forumunda deyib.
"Suriyada İŞİD-ə qarşı döyüşən kürd silahlılarla bundan sonra da əlaqələrimiz davam edəcək. Çünki onlar terrorçularla mübarizədə vacib qüvvədirlər. Amma Türkiyənin bundan narahat olmasına ehtiyac yoxdur. Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə danışdıq. Soçidə bir araya gəldiyimizdə bu mövzudakı narahatlıqlarını bizə izah etdi" — Kreml rəhbəri bildirib.