Rahim Zakuroğlu, Sputnik Azərbaycan
BAKI, 30 may — Sputnik. Astarada bıçaqlanma hadisəsi baş verib.
16 yaşlı Astara sakini Əli Məmmədzadə Astara Dənizkənarı Bulvarda ofisiant kimi çalışan 1993-cü il təvəllüdlü Murad Qulamzadə ilə mübahisə edib. Əli Məmmədzadə mübahisə zəminində üzərində gəzdirdiyi bıçaqla Murad Qulamzadəyə bir neçə zərbə endirib. Ağır yaralanan M.Qulamzadə Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda vəziyyəti kafidir.
Cinayəti törədən Ə.Məmmədzadə Astara Rayon Polis əməkdaşları tərəfində saxlanılıb.
Faktla bağlı araşdırma davam etdirilir.