BAKI, 29 may — Sputnik. Əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseynini döyməkdə şübhəli bilinən Bakı şəhər sakinləri saxlanılıblar.
Məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Belə ki, mayın 27-də Səbail rayonu ərazisindəki klublardan birində naməlum şəxs əcnəbi vətəndaş olan Deheya Ali Abdulhüseyni döyüb. O, xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.
Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Orxan İsgəndərli və Şahin Məmmədov saxlanılıblar.