BAKI, 29 may — Sputnik. Türkiyənin populyar "Yeni Akit" qəzetinin baş redaktoru Kadir Demirel kürəkəni tərəfindən bıçaqlanaraq öldürülüb.
Bu barədə Sputnik Türkiyə məlumat yayıb.
Hadisə Demirelin İstanbulun Başakşehir rayonundakı evində baş verib. Demirelin qızının da ağır yaralı olduğu bildirilir.