Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dünyanın ən bahalı şirkətlərinin yeni reytinqi açıqlanıb

© Sputnik / Ruslan Krivobok / Mediabanka keçidКупюры евро
Купюры евро - Sputnik Azərbaycan
Abunə olmaq
"Forbes" dünyanın ən bahalı şirkətlərinin yeni reytinqini açıqlayıb

BAKI, 29 may — Sputnik. ABŞ-ın "Forbes" məşhur maliyyə-iqtisadi jurnalı "Dünyanın ən bahalı 100 şirkəti" araşdırmasının 2017-ci il nəticələrini açıqlayıb. "Report" xəbər verir ki, bu il ən qiymətli 100 şirkətin məcmu dəyəri 1,95 trln. dollar təşkil edib. 

Jurnalın araşdırmasına görə,  bu il qiymətini nisbi olaraq ən çox artıran markalar "Amazon", "Facebook" və "Starbucks", ən çox itirən isə "IBM", "HSBC" və "Caterpillar" olub. 

Reytinqdəki ilk sırada yer alan şirkətin adı isə dəyişməyib. Bu, 170 mlrd. dollar dəyərində olan ABŞ-ın "Apple" şirkətidir. İkinci sırada "Google" (101,8 mlrd. dollar), üçüncü sırada isə "Microsoft" (87 mlrd. dollar) yer alıb. Dördüncü sıraya yüksələn "Facebook"un qiyməti 73,5 mlrd. dollar, 5-ci sırada isə "Coca-Cola" (56,4 mlrd. dollar) qərarlaşıb.

ABŞ-dan olmayan ən qiymətli şirkət isə 8-ci sırada yer alan Yaponiyanın "Toyota" şirkəti (41,1 mlrd. dollar) olub. Cənubi Koreyanın "Samsung" şirkəti (38,2 mlrd. dollar) isə 10-cu sırada yer alıb.

Xəbər lenti
0