Natiq Cəfərli: “Hələ uzun müddət neftin qiyməti aşağı olacaq”
Vyanada OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünədək uzadılması qərarına Azərbaycan da qoşulub.
İqtisadçı ekspert Natiq Cəfərli Sputnik Azərbaycana deyir ki, əslində bazarda gözlənitlər tamam fərqli idi: “Öncədən bəlli idi ki, anlaşmanın müddəti uzanacaq. Bu anlaşmanın bu günə qədər ki, fəaliyyəti neftin qiymətinin 50-55 dollar koridorunda sabitləşməsinə səbəb olmuşdu”.
“OPEC ölkələri də anlayır ki, onların qəbul etdiyi qərarlardan ən çox xeyri ABŞ görür. Amerikada hasilatın artması OPEC-in qərarını əhəmiyyətsiz edir. Bu proseslər onu göstərir ki, hələ uzun müddət neftin qiymətinin aşağı olma ehtimalı çox yüksəkdir” – deyə o bildirib.