Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Professor: “Bu gün nəyimiz varsa Cümhuriyyətə borcluyuq”

© Photo : REPORTProfessor Anar İsgəndərov
Professor Anar İsgəndərov - Sputnik Azərbaycan
Abunə olmaq
Tarix elmləri doktoru, professor Anar İskəndərov deyir ki, Cümhuriyyətin tarixdəki rolu barəsində illərlə danışmaq olar

Anar İskəndərov: “Cümhuriyyət haqqında danışarkən 328 dəfə “ilk dəfə” sözünü işlətmək olur. Onun haqqında illərlə danışmaq olar”
Bu gün nəyimiz varsa 1918-20-ci illərə borcluyuq. Bunu Sputnik Azərbaycana tarix elmləri doktoru, Bakı Dövlət Universitetinin professoru Anar İskəndərov bildirib: “Biz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisləriyik. Bu gün nə uğurlarımız varsa AXC ilə bağlıdır. Elə ilk ifadə Azərbaycan sözünü coğrafi məfhum olduğu halda onu siyasi məfhuma çevirən AXC olub”.

“Azərbaycanda ilk ordu quruculuğu, dilimizin dövlət dili olması, üç rəngli bayrağımızın qəbul edilməsi və bir çox şeylər məhz onun adıyla bağlıdır. Cümhuriyyət haqqında danışarkən 328 dəfə “ilk dəfə” sözünü işlətmək olur. Onun haqqında illərlə danışmaq olar” – deyə o bildirib.

Xəbər lenti
0