Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Minlərlə türk əsgəri Azərbaycanın bu ərazisində əsir saxlanıldı

© Milliyet qəzetiNargin adası
Nargin adası - Sputnik Azərbaycan
Abunə olmaq
On mindən artıq türk əsgəri Birinci Dünya Müharibəsinin gedişində əsir götürülərək Nargin adasına gətirilib

BAKI, 28 may — Sputnik. Birinci  Dünya Müharibəsində 10 mindən artıq türk əsgərinin əsir saxlanıldığı Xəzər dənizindəki Nargin adası ilk dəfə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral tərəfindən ziyarət edilib. Bu barədə Sputnik Azərbaycan Milliyet-ə istinadən məlumat verir.

Azərbaycan Hərbi Dəniz Qüvvələrinə aid gəmi ilə həyata keçirilən ziyarətdə Türkiyənin Bakıdakı səfiri Erkan Özoral, onun həyat yoldaşı Meltem Özoral, hərbi attaşe Zafer Ocak, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandan müavini Natiq Bağırov, Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız və digər şəxslər qatılıblar.

Adaya çatan heyət burada həlak olmuş türk əsgərlərinin ruhuna dua oxuyub. Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız isə adadakı torpaqdan Sarıkamışa aparmaq üçün götürüb. 

Professor Anar İsgəndərov - Sputnik Azərbaycan
Professor: “Bu gün nəyimiz varsa Cümhuriyyətə borcluyuq”

Səfir Erkan Özoral adada verdiyi açıqlamada türk tarixinin şanlı və eyni zamanda Sarıkamış kimi acı səhifələrlə dolu olduğunu bildirib: "Bundan da acı olanı bu səhifələrimizi yetərincə bilməməyimizdir. Bu gün tariximizin o acı səhifələrinin yaşandığı bir yerdəyik. Bura Xəzər dənizindəki Nargin adasıdır. Nargin adası Birinci Dünya Müharibəsi zamanı ruslar tərəfindən Anadoludan əsir alınan, yəni Sarıkamışda donaraq şəhid olmaqdan qurtulub rusların əlinə əsir düşən əsgərlərimizin gətirilərək əsir saxlanıldığı bir düşərgədir. Hazırda əsgərlərimizin böyük ehtimalla kütləvi şəkildə öldürüldükləri bir ərazidəyik. Buraya 12-20 min arası əsirin gətirildiyi söylənir. O dövrdə əsirlərin saxlanma şəraiti barədə məlumatın Bakıdakı xalqa çatmasından sonra tariximizin ən gözəl səhifələrindən biri yazılıb. Biz tarixdən böyük dərslər çıxarmalıyıq. Dərs çıxarmaq üçün də nələrin baş verdiyini bilməliyik. Sarıkamışdan götürülən əsgərlərin bura gətirilməsinin, hətta buradan bir qisminin Sibirə aparılmasının detallarının təəssüf ki, yetərincə bilmirik". 

© Milliyet qəzetiNargin adası sahilləri
Nargin adası sahilləri - Sputnik Azərbaycan
1/5
Nargin adası sahilləri
© Millyet qəzetiNargin adasından bir görüntü
Nargin adasından bir görüntü - Sputnik Azərbaycan
2/5
Nargin adasından bir görüntü
© Milliyet qəzetiNargin adasına səfirlik və media nümayəndələrinin səfəri
Nargin adasına səfirlik və media nümayəndələrinin səfəri - Sputnik Azərbaycan
3/5
Nargin adasına səfirlik və media nümayəndələrinin səfəri
© Millyet qəzetiMuharrem Yıldız adadakı torpaqdan Sarıkamışa aparmaq üçün götürüb
Muharrem Yıldız adadakı torpaqdan Sarıkamışa aparmaq üçün götürüb - Sputnik Azərbaycan
4/5
Muharrem Yıldız adadakı torpaqdan Sarıkamışa aparmaq üçün götürüb
© Milliyet qəzetiNargin adası
Nargin adası - Sputnik Azərbaycan
5/5
Nargin adası
1/5
Nargin adası sahilləri
2/5
Nargin adasından bir görüntü
3/5
Nargin adasına səfirlik və media nümayəndələrinin səfəri
4/5
Muharrem Yıldız adadakı torpaqdan Sarıkamışa aparmaq üçün götürüb
5/5
Nargin adası

Səfir adadakı kədərli durumu bir qədər yumşaldan bir məsələnin də olduğunu deyib.

"Söhbət buradakı əsirlərə qarşı Azərbaycan xalqının göstərdiyi qonaqpərvərlikdən gedir. Adadakı əsirlərin vəziyyətini öyrəndikdən sonra Bakı əhalisi rus yetkililərlə təmas qurur. Ondan sonra adaya qida göndərməyə başlayırlar. Əsirlərə paltar gətirirlər. Bir müddətdən sonra isə onlar üçün həftə sonu icazəsi almağa nail olurlar. İcazə müddətində əsirləri evlərində saxlayıb yedirib-içirirlər. Öz həyatlarını təhlükəyə atıb onların qaçması üçün şərait yaradırdılar. Azərbaycanda bizim tariximizin önəmli bir parçası gizli qalır. Bunu mütləq ortaya çıxarmalıyıq. Türkiyə ilə Azərbaycan xalqları bir-birilərini daha sıx qucaqlamalıdırlar. Türkiyənin hər bir vətəndaşının gəlib Azərbaycanı görməsini ürəkdən arzu edirəm. Bizim qardaşlığımız ancaq belə möhkəmlənəcək" — deyə səfir bildirib. 

Qars Sərhəd Boyları Dərnəyi Başqanı Muharrem Yıldız ildə bir dəfə türk yetkililər tərəfindən bu adaya ziyarətin təşkil olunmasının vacibliyini vurğulayıb. O, məşhur türk pilot Vechi Hürkuşun da vaxtilə Nargində əsir olduğunu, lakin azərbaycanlıların köməyilə əsirlikdən qaçdığını deyib.

Xəbər lenti
0