Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Misirdə törədilmiş terror aktına görə məsuliyyəti bu təşkilat üzərinə götürüb

© AP Photo / Khalil HamraMisirin Sina yarımadasında silahlı qruplar
Misirin Sina yarımadasında silahlı qruplar - Sputnik Azərbaycan
Abunə olmaq
Terrorçular xristian koptların avtobusuna hücumun onlar tərəfindən həyata keçirildiyini bildiriblər

BAKI, 28 may — Sputnik. İŞİD terror qruplaşması Misirin El-Minya vilayətində xristian koptlara edilmiş hücuma görə məsuliyyəti üzərinə götürüb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə qruplaşmanın veb-saytında məlumat yayılıb.

Belə ki, terrorçular xristian koptların olduğu avtobusa hücumun onlar tərəfindən həyata keçirildiyini bildiriblər.

Qeyd edək ki, Misirin baş nazirinin administrasiyasının yaydığı bəyanata əsasən hücum zamanı 29 nəfər öldürülüb. Avtobusa silahlı hücumdan sonra Misir ordusu terrorçu qruplaşmanın Liviyanın Derne şəhərindəki mövqeyinə hava zərbəsi endirib. Terror aktının həmin şəhərdəki silahlılarla əlaqəli olduğu bildirilir.

Xəbər lenti
0