CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hava yenidən qışa doğru dəyişir

© Sputnik / Ramil IbrahimovGüclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib
Güclü küləklə müşayiət olunan yağış rayonda ciddi fəsadlar törədib - Sputnik Azərbaycan
Abunə olmaq
Havanın temperaturunun gecə 14-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir

BAKI, 28 may — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturunun gecə 14-16° isti, gündüz 21-26° isti olacağı gözlənilir. Bakıda gecə 14-16° isti, gündüz 23-25° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz  55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, mayın 29-da hava şəraitinin əsasən yağmursuz olacağı, səhər  və gündüz bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 13-18° isti, gündüz  25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 14-19° isti olacağı gözlənilir.

Xəbər lenti
0