BAKI, 28 may — Sputnik. Çin Müdafiə Nazirliyi növbəti dəfə ABŞ Hərbi Hava və Hərbi Dəniz qüvvələrini Cənubi Çin dənizində Çinin suverenliyi və təhlükəsizliyinə təhlükə yaradan təxribat xarakterli fəaliyyətlərini dayandırmağa çağırıb.
RİA Novosti-nin verdiyi məlumata görə, Çin Müdafiə Nazirliyi Çin Silahlı Qüvvələrinin ölkənin suverenliyi və təhlükəsizliyini qətiyyətlə müdafiə edəcəyini bəyan edib.
Bundan əvvəl ABŞ KİV-ləri yazıb ki, mayın 25-də Çinin iki çoxfunksiyalı “J10” hərbi təyyarəsi Honkonqun hava məkanından 240 km cənub-şərqdə ABŞ-ın “P-3 Orion” patrul təyyarəsinə 30 metrə qədər yaxınlaşıb.