Təbii fəlakət 146 nəfərin həyatına son qoyub

© REUTERS / Yiannis KourtoglouTəbii fəlakət
Təbii fəlakət - Sputnik Azərbaycan
Abunə olmaq
Kömək üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edildi

BAKI, 28 may — Sputnik. Şri-Lankada daşqınlar nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, təbii fəlakət nəticəsində 112 nəfər itkin düşüb.

Daşqınlar 500 min insanın öz evlərini tərk etməsinə səbəb olub. Təbii fəlakətlə mübarizə mərkəzinin məlumatına əsasən, 2 minə yaxın ev zərər çəkib və ya tamamilə dağılıb.

Yağışların bir qədər səngiməsi zərər çəkən insanlara yardım göstərilməsinə şərait yaradıb.

Şri-Lanka artıq kömək üçün BMT və Cənubi Asiya ölkələrinə müraciət edib.

Xəbər lenti
0