BAKI, 28 may — Sputnik. ABŞ-ın Missisipi ştatında bir nəfər silahlı şəxsin açdığı atəş nəticəsində 8 nəfər ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Associated Press" polisə istinadən xəbər verib.
Məlumatda adamlara hücum edən şəxsin saxlanıldığı bildirilir.
Öldürülənlər arasında polis rəisinin müavini də var. İnsidentin təfərrüatı və atışmanın səbəbi hələlik dəqiqləşdirilməyib.