BAKI, 27 may — Sputnik. ABŞ-da Cenin Cons adlı keçmiş tibb bacısı azı 60 uşağın qətlində şübhəli bilinir.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, hazırda qadın Texas ştatının həbsxanasında 1984-cü ildə törədilmiş cinayətlərə görə cəza çəkir. O, ölüm həddində əzələ relaksantı tətbiq etmək yolu ilə 15 aylıq uşağın həyatına bais olduğuna görə 99 il müddətinə azadlıqdan məhrum edilib. Tibb bacısı, həmçinin sağ qalmağa müvəffəq olmuş digər uşağa potensial ölümcül dozada qıcolma əleyhinə vasitə tətbiq edib.
Bundan əlavə, Consa qarşı ondan üç il əvvəl daha bir uşağın qətli ilə bağlı ittiham irəli sürülüb.