CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Nömrəni səhv yığdı, xoşbəxt oldu

© Photo : PRAFUL GANGURDE/HINDUSTAN TIMESLalita ben Bansi və Rahul Kamar
Lalita ben Bansi və Rahul Kamar - Sputnik Azərbaycan
Abunə olmaq
“Mənim başıma gələn bədbəxt hadisədən sonra evlənəcəyimi düşünməzdim. Səhv bir nömrə yığmağım həyatımı dəyişdi”

BAKI, 27 may — Sputnik. Hindistanın Azamgarh şəhərində yaşayan 26 yaşlı Lalita Ben Bansi 2012-ci ildə bir dava zamanı hücuma məruz qalıb və üzünə atılan sirkə turşusu onu tanınmaz vəziyyətə salıb. Bu hadisədən sonra 17 dəfə plastik əməliyyat keçirən gənc qız tam sağala bilməyib. Həyatdan ümidini üzən gənc qız təsadüf nəticəsində öz sevgisini tapa bilib.

Sputnik Azərbaycan Haberler-ə istinadən xəbər verir ki, bir gün başqa bir yerə zəng edən Lalita ben Bansi səhv nömrə yığaraq Rahul Kamara zəng vurub. Onlar bir müddət danışdırdan sonra Rahul Bansi haqqında həqiqətləri bilib. Lakin bu onların sevgisinə maneə yaratmayıb.

“Mənim başıma gələn bədbəxt hadisədən sonra evlənəcəyimi düşünməzdim. Səhv bir nömrə yığmağım həyatımı dəyişdi” — Bansi öz toyunda deyib.

Xəbər lenti
0