Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Ramazan ayında sahurda necə sağlam qidalanmaq lazımdır?

© rustourismnewsSəhər yeməyi
Səhər yeməyi - Sputnik Azərbaycan
Abunə olmaq
Ramazan ayında ac qalmamaq üçün sahurda necə sağlam qidalanmaq lazımdır?

BAKI, 27 may — Sputnik. Bu gün başlayan Ramazan ayında sahur (səhər yeməyi) çox önəmlidir.

Sputnik Azərbaycan Milliyyət-ə istinadən xəbər verir ki, düzgün səhər yeməyi gün boyu aclıq hiss etməmək, həm də bədəndə maddələr mübadiləsinin pozulmaması üçün vacibdir.

Gecə saatlarında yediyimiz yeməklərin piylənməyə gedəcəyini unutmamalıyıq. Ona görə də sahurda şorbalara və südlü sıyıqlara üstünlük verilməlidir. Ağ çörək digər çörəklərlə əvəz olunmalıdır.

Biri sahurda olmaq şərtilə gündə iki stəkan süd içilməlidir. Mütəxəssislər qeyd edir ki, səhər həm də yumurta yeyilməlidir. Yumurta uzun müddət insanı tox saxlaya bilir. Sahur zamanı bol meyvə yeyilməlidir. Hər sahurda 60 qrama kimi pendir yeyilməlidir. Qoz, fındıq kimi cərəzlərə də az da olsa yer verilməlidir. Bu ərəfələrdə çay içmək də xeyirlidir. 

Xəbər lenti
0