CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu bölgədə insan alveri ilə mübarizə müzakirə edilib

© Photo : Günay KerimovaXaçmazda insan alverinə qarşı mübarizə tədbiri
Xaçmazda insan alverinə qarşı mübarizə tədbiri - Sputnik Azərbaycan
Abunə olmaq
İnsan alverinə qarşı mübarizə Xaçmaz Rayon Polis İdarəsində müzakirə predmeti olub

BAKI, 27 may — Sputnik. İnsan Alverinə Qarşı QHT Koalisiyasının və “XXI Əsrin Qadınları” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “İnsan alverinə qarşı mübarizə üzrə maarifləndirmə, bu sahədə psixoloji və hüquqi yardım təşəbbüslərinin dəstəklənməsi” layihəsi çərçivəsində növbəti tədbir keçirilib. 

İB-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, tədbir Xaçmaz Rayon Polis İdarəsində keçirilib.

Koalisiyanın və İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova tədbirdə çıxış edərək insan alverinə qarşı mübarizənin Azərbaycanda prioritet məsələlərdən biri olduğunu diqqətə çatdırıb. O, prezident İlham Əliyevin 2014-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı”nın uğurla icra olunduğunu vurğulayıb. İnsan alverinə qarşı mübarizəyə dair silsilə maarifləndirici tədbirlərin keçirilməsinin Milli Fəaliyyət Planının icrasına töhfə vermək məqsədi daşıdığını qeyd edib. 

© Photo : Günay KerimovaXaçmazda insan alverinə qarşı mübarizə tədbiri
Xaçmazda insan alverinə qarşı mübarizə tədbiri  - Sputnik Azərbaycan
Xaçmazda insan alverinə qarşı mübarizə tədbiri

Xaçmaz RPİ rəisi, polis polkovniki Nofəl Məhərrəmov, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı, polis mayoru Rafiq Məmmədov, psixoloq Günay Kərimova çıxışlarında insan alverinin ağır nəticələri, bu sosial bəlaya qarşı mübarizənin mahiyyəti və formaları, bu istiqamətdə həyata keçirilmiş təşkilati və əməliyyat-axtarış tədbirləri, insan alveri qurbanları ilə davranış qaydaları və s. məsələlər barədə ətraflı məlumat veriblər.

Tədbirdə müvafiq dövlət qurumlarının, ictimaiyyətin nümayəndələri, polis əməkdaşları, gənclər təşkilatlarının təmsilçiləri iştirak ediblər.

İnsan alverinə qarşı mübarizəyə dair silsilə tədbirlər davam edir.

Xəbər lenti
0