İlham Mustafa, Sputnik Azərbaycan
Axşam saatlarında Goranboy rayonu ərazisinə yağan güclü yağış doluya çevrilib.
Sakinlərin bildirdiyinə görə, təbiət hadisəsi yarım saatadək davam edib. Dolu əsasən kəndlərdə meyvə, tərəvəz, və əkin sahələrinə ziyan vurub. Hazırda yığımı aparılan gilas, alça, ərik, və digər meyvələr dolu nəticəsində zay olub. Sakinlər leysan və dolunun taxıl sahələrinə də ziyan vurduğunu bildirirlər. Belə ki, dolunun sahələrdə biçinin gecikməsinə və taxılın yatmasına səbəb olduğu deyilir.