Nicat Baxşəliyev: “Biz xarici dizaynerləri ölkəmizə dəvət edirik”
Layihə rəhbəri Nicat Baxşəliyev Sputnik Azərbaycan-a deyir ki, “Azerbaijan Fashion Week” yaratmaqda məqsədimiz Azərbaycan brendlərini xaricdə tanıtmaqdır: “Bununla yanaşı biz xarici dizaynerləri ölkəmizə dəvət edirik. Onlar da öz kolleksiyalarını burada nümayiş etdirirlər”.
“Azerbaijan Fashion Week” moda həftəsində dünyanın bir çox yerlərindən, o cümlədən, Qazaxıstan, Ukrayna, Belarus, Rusiya, Gürcüstan, Türkiyə və Fransadan qonaqlarımız iştirak edir. Hər il iştirak edən xarici ölkələrin sayı artır. Bugünkü sərgidə 3 xarici dizayner öz işlərini nümayiş etdirəcəklər” – deyə o bildirib.