BAKI, 26 may — Sputnik. Misirdə Qibti inancına etiqad edən xristianları daşıyan avtobus atəşə tutulub.
Hadisə ölkənin cənubunda, Əl-Minya əyalətində yaşanıb. Sputnik xəbər verir ki, avtobusa yaxınlaşan iki avtomobil onu dayandırıb. Daha sonra avtomobillərdən düşən silahlılar avtobusdakı sərnişinləri güllələyib. Nəticədə 23 nəfər ölüb, 25 insan yaralanıb.
Hücum Müqəddəs Samuil monastırının yaxınlığında, qibti-xristianlar monastıra gedən zaman baş verib.