Ağ Ev rəhbəri yenidən dünyanı heyrətə saldı

© REUTERS / Jim Lo ScalzoDonald Tramp
Donald Tramp - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti: "Almanlar hər il milyonlarla maşın satırlar, bunu dayandıracağıma söz verirəm"

BAKI, 26 may — Sputnik. "Almanlar pisdirlər, özü də çox pis". Sputnik Türkiyə-nin, məşhur alman jurnalı "Spiegel"-ə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ prezidenti Donald Tramp, Brüsseldəki NATO zirvəsində avropalı rəsmilərlə görüşündə deyib.

İddiaya görə, Tramp Almaniyanın qlobal ticarətdəki pay çoxluğunun qəbuledilməz olduğunu bildirib: "Siz hələ təkcə Amerikaya baxın. Hara baxsan, alman avtomobilləri. Hər il milyonlarla maşın satırlar. Dəhşətdir. Bunu dayandıracağıma söz verirəm".

Trampın sözünü kəsən Avropa İttifaqı Komissiyasının rəhbəri Jan Klod Yunker, sərbəst ticarətin qanuni haqq olduğunu deyərək, bundan bütün tərəflərin qazanc əldə etdiyini bildirib.

Xəbər lenti
0