BAKI, 26 may — Sputnik. "Biz Misirdə baş verən terror aktını qınayırıq və Misir xalqına və həlak olanların ailələrinə başsağlığı veririk". Sputnik Azərbaycan xəbər verir ki, bu, Misirdə bu gün baş verən terror aktı ilə bağlı Azərbaycan XİN-nin rəsmi "Twitter" səhifəsində yayılan bəyanatında bildirilir.
Qeyd edək ki, Misirin cənubundakı Əl-Minya əyalətində bir qrup silahlı kopt xristianlarının olduğu avtobusu atəşə tutub. Hücum nəticəsində rəsmi məlumata əsasən 28 nəfər həlak olub.