BAKI, 26 may — Sputnik. Pentaqon beynəlxalq koalisiyanın martın 17-də Mosula endirdiyi zərbə nəticəsində azı 101 dinc sakinin öldüyünü etiraf edib.
APA-nın verdiyi xəbərə görə, bu barədə amerikalı hərbçilərin araşdırmasının yekunlarına dair bəyanatda bildirilir.
İnsident nəticəsində 36 nəfərin itkin düşdüyü bildirilir.
Bəyanatda qeyd olunur ki, koalisiyanın zərbəsi nəticəsində terrorçuların binada saxladığı xeyli miqdarda partlayıcı maddə güclü partlayışa səbəb olub. Nəticədə mülki şəxslər arasında çoxlu sayda ölənlər olub.