CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İşçinin çarəsizliyindən sui-istifadə edən müdirlər cəzalana bilər

CC0 / uslikajme / WorkOfis işçisi, arxiv şəkli
Ofis işçisi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"İşçi öz hüquqlarını qorumaq üçün rəhbərlikdən tələb etməlidir ki, müdir onun müqaviləsində yazılmayan bir işi tələb edərkən yazılı şəkildə müraciət etsin"

BAKI, 26 may — Sputnik. Son zamanlar cəmiyyətdə müzakirə olunan problemlərdən biri işəgötürənlə işçi arasındakı münasibətlərlə bağlıdır. Belə ki, işəgötürənlər vakansiya üzrə müraciət edənlərin çox olmasından istifadə edərək, onlar qarşısında daha ağır tələblər qoyurlar. Bu azmış kimi, işçinin, müqavilədə göstərilməyən işləri də yerinə yetirməsini tələb edirlər.

© Photo : Facebook / asif.abdullayev.7Hüquq müdafiəçisi Asif Abdullayev
Hüquq müdafiəçisi Asif Abdullayev - Sputnik Azərbaycan
Hüquq müdafiəçisi Asif Abdullayev

İşçi müqavilədə olmayan işdən imtina edəndə isə rəhbərlikdən "Bizim işimiz belədir. Çətindir iş? İstəmirsən? O zaman gedə bilərsən" sözlərini eşidir. İnsanlar da iş yerini itirməmək üçün, məcbur qalıb ona buyurulan adiyyatı olmayan işləri görmək məcburiyyətində qalırlar.

Sputnik Azərbaycan-a açıqlama verən hüquqşünas Asif Abdullayevin sözlərinə görə, əmək müqaviləsində işçinin iş günü ərzində görəcəyi işlər dəqiq yazılmalıdır: "Bir sözlə, müqavilədə konkret qeyd edilməlidir ki, işçi hansı işlər görməlidir. Rəhbərlik işçidən müqavilədən kənar işlər tələb edə bilməz. Belə hal baş verərsə, bu zaman işçi bir ay ərzində məhkəməyə müraciət edə bilər".

Ekspert məhkəməyə təqdim edilə biləcək sübutlar haqqında da danışıb: "Məhkəməyə təqdim ediləcək sübutlar sırasında hüquqları pozulmuş işçinin iş yoldaşlarının şahid kimi ifadələri, eyni zamanda müdirin müqavilədən kənar tələb etdiyi iş haqqında yazışmaları da sübut kimi məhkəməyə təqdim edilə bilər. Yetər ki, şikayətçi məhkəməyə yetərli dəlil təqdim edə bilsin. Əks halda şifahi şikayətdə fakt öz əksini tapmadığı üçün baxılmayacaq".

"Məsələ məhkəmədə sübutunu tapırsa, bu zaman işçinin hüquqları bərpa olunur, hətta bu müddət ərzində məhkəmə işlərinə görə məcburi işə gedə bilmirsə, onun aylıq əmək haqqı şirkət tərəfindən ödənilir" – deyə vəkil əlavə edib.

© Photo : AzxeberVəkil Adəm Məmmədov
Vəkil Adəm Məmmədov - Sputnik Azərbaycan
Vəkil Adəm Məmmədov

Vəkil Adəm Məmmədov da Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində bu məsələlərə nəzarət edən Əmək Müfəttişliyi adlı bir təşkilat var: "Bu təşkilat əmək münasibətlərinə və əmək münasibətlərində yaranan problemlərə nəzarət edən qurumdur. İşçi hüquqları pozulan zaman bu təşkilata müraciət etməlidir. O zaman bu təşkilat sayəsində hüquqları bərpa olunacaq".

"İşçi hüquqlarını qorumaq üçün rəhbərlikdən tələb etməlidir ki, müdir onun müqaviləsində yazılmayan bir işi tələb edərkən yazılı şəkildə müraciət etsin. Və bu yazılı kağızı sübut kimi istifadə edə bilər. Əks halda, sübut olmazsa, işçinin işinə baxılmayacaq və hüquqları bərpa olunmayacaq" – deyə A.Məmmədov bildirib.

Mütəxəssis bildirib ki, qanuna görə, şikayət qəbul edilərsə, işə götürən şirkət cəzalana bilər: "Şirkət qayda pozuntusuna görə müəyyən miqdarda cərimə oluna bilər".

Xəbər lenti
0