BAKI, 26 may — Sputnik. Terror iddiası bu dəfə Fransanı təşvişə salıb. Sputnik Azərbaycan "A HABER"-ə istinadən xəbər verir ki, hazırda paytaxt Parisin "Orly" hava limanı boşaldılır.
Əraziyə göndərilən polislər və hərbçilər sərnişinləri hava limanından təxliyyə edirlər. Buna səbəb ölkənin kəşfiyyat strukturlarına daxil olan məlumatdır. İddiaya görə, terrorçular "Orly" aeroportunda partlayış törətməyi planlaşdırıblar.