Fətullah Gülən vətəndaşlıqdan çıxarıldı

© AP Photo / Selahattin SeviFətullah Gülən
Fətullah Gülən - Sputnik Azərbaycan
Abunə olmaq
Bu barədə Adana şəhər 11-ci Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib

BAKI, 26 may — Sputnik. Türkiyədə 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhddə təqsirləndirilən və hazırda ABŞ-da yaşayan Fətullah Gülən Türkiyə vətəndaşlığından çıxarılıb. Sputnik Türkiyə xəbər verir ki, bu barədə Adana şəhər 11-ci Ağır Cinayətlər Məhkəməsi qərar qəbul edib.

Məhkəmə ölkənin Ədliyyə Nazirliyinə məktub göndərərək F. Gülənin Türkiyə vətəndaşlığından çıxarılması ilə bağlı qərarı əsaslandırıb.

Qeyd edək ki, rəsmi Ankara Fətullah Gülənin Türkiyəyə ekstradisiyasını tələb etsə də, Ağ Ev rəhbərliyi onu təhvil verməkdən imtina edir.

Xəbər lenti
0