ELM

Bu gün unikal fəza hadisəsi baş verəcək

© Sputnik / Murad OrujovBədirlənmiş ay, arxiv şəkli
Bədirlənmiş ay, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün Ay planetimizə 357 209 km yaxınlaşacaq

BAKI, 26 may — Sputnik. Bu gün Ay Yer kürəsinə maksimum yaxın məsafədən keçəcək. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, Ay Yer ətrafında uzadılmış orbit trayektoriyası üzrə hərəkət edir.

Ayda bir dəfə o, planetimizə yaxınlaşaraq perigey nöqtəsini keçir, həmçinin ayda bir dəfə apogey nöqtəsini keçərək Yerdən uzaqlaşır. Mayın 26-da qeydə alınacaq Ay perigeyini 2017-ci ilin ən yaxın məsafəsi hesab etmək olar.

Beləliklə, bu gün Ay planetimizə 357 209 km yaxınlaşacaq. 9 iyun tarixində Ay Yerin təbii peyki apogeyi keçərək, planetimizdən 406 401 kilometr uzaqlaşacaq. Dekabrın 19-da isə Yerdən maksimal uzaq məsafədə (406 604 kilometr) olacaq.

Xəbər lenti
0