İlqar Vəlizadə: “Terror qrupları ilə mübarizə aparmaq üçün bu strateji əməkdaşlığın əhəmiyyəti böyükdür”
Azərbaycan, Türkiyə və Gürcüstanın hərbi sahədə əməkdaşlığı hər üç ölkənin strateji maraqlarına tam uyğundur. Bunu Sputnik Azərbaycan-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. “Əməkdaşlığın əsas məqsədi regionda həyata keçirilən iri miqyaslı layihələrin fəaliyyəti üçün müvafiq şərait yaratmaq və onların təhlükəsizliyini təmin etməkdir. Bu əməkdaşlığın zərurəti və məntiqi açıq aydın görünür”.
“Hazırda müharibələr ölkələr arasında getmir. Daha çox terror qrupları, təxribatçı birləşmələrlə mübarizələr aparılır. Belə birləşmələrlə mübarizə aparmaq üçün xüsusi koordinasiya lazımdır. Bu baxımdan bu strateji əməkdaşlığın əhəmiyyəti böyükdür” – deyə o bildirib.