Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Neftlə bağlı nəhəng anlaşma

© AFP 2024 / TOBIAS SCHWARZНефтяной насос в Баку, фото из архива
Нефтяной насос в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
OPEC neft hasilatının azaldılması anlaşmasını 9 ay uzadıb

BAKI, 25 may — Sputnik. OPEC və kartelə üzv olmayan neft ölkələri bu gün Vyanada neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı ildə qəbul edilmiş anlaşmanın daha 9 ay müddətinə uzadılmasına dair qərar qəbul ediblər. Bu barədə Sputnik Azərbaycan Bloomberg-ə istinadən məlumat verir.

Anlaşmanın uzadılmasının məqsədi neft qiymətlərinin artımına nail olmaqdır. Bir müddət öncə İranın neft naziri Bican Namdar Zənqane OPEC üçün 1 barrelin qiymətinin 55-60 dollar olması variantının daha sərfəli olduğunu bildirmişdi.

Bu gün günorta saatlarında Brent markalı neftin qiyməti 53,24 dollar olub. Analitiklərin fikrincə, neftin qiymətinin ciddi şəkildə artacağını gözləməyə artıq dəyməz.

Xəbər lenti
0