Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Bütün məhdudiyyətlər aradan qaldırılıb"

© Sputnik / Murad OrujovBeynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə
Beynəlxalq Bankın Mətbuat filialı qarşısında növbə - Sputnik Azərbaycan
Abunə olmaq
"Azərbaycan Beynəlxalq Bankının rəhbərliyi ilə mütəmadi əlaqə saxlayırıq. Vəsaitlərin geri götürülməsi ilə bağlı məhdudiyyət yoxdur".

BAKI, 25 may-Sputnik. “Azərbaycan Beynəlxalq Bankının  rəhbərliyi ilə mütəmadi əlaqə saxlayırıq. Vəsaitlərin geri götürülməsi ilə bağlı məhdudiyyət yoxdur”.

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu maliyyə nazirinin müavini Azər Bayramov mayın 25-də Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin iclasında  deyib.

Onun sözlərinə görə, əhalinin əmanətləri ilə bağlı heç bir problem yoxdur: “Ötən il əmanətlərin sığortalanması ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlər aradan qaldırılıb. Həcmindən asılı olmayaraq bütün əmanətlər dövlət tərəfindən qorunur. Biz Beynəlxalq Bankının rəhbərliyi ilə mütəmadi olaraq əlaqə saxlayırıq. Əmanətlərin geri götürməsində heç bir problem yoxdur”.

Nazir müavini deyib ki, ümumilikdə isə əmanətlərin götürülməsi üçün heç bir əsas yoxdur: “Hazırda sırf xaricdən cəlb edilmiş kreditlərlə əlaqədar restrukturizasiya ilə bağlı xarici investorlarla müzakirə gedir. Əhalinin əmanətləri ilə bağlı proseslər öz qaydasındadır”.

Xəbər lenti
0