CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Cəfər zibilə düşüb, Səməd kədər içində, Hüseyn başını yerdən qaldıra bilmir...

© Sputnik / Irade JELILBakıda Cəfər Cabbarlının heykəli
Bakıda Cəfər Cabbarlının heykəli - Sputnik Azərbaycan
Abunə olmaq
Gənc nəsil heykəlləri quş nəcisi içində, tozlu-çirkli olaraq xatırlayacaq. Elə şəhərimizin qonaqları da.

BAKI, 25 may — Sputnik. Bakıda şairlərin, yazıçıların, tarixi şəxsiyyətlərin və alimlərin kifayət qədər heykəli var. Bu heykəllər həmin şəxslərin xatirələrinin əbədiləşdirilməsi və hörmət əlaməti olaraq qoyulsa da, təəssüflər olsun ki, heykəllərə hörmət və qayğı yetərli deyil. Bəlkə heykəllərin dili olsaydı, bugünkü vəziyyətlərinə özləri də narazılıq edərdilər.

Sputnik Azərbaycan-ın əməkdaşı paytaxtın mərkəzində olan bir neçə heykəlin acınacaqlı vəziyyətdə olduğuna şahid olub. "28 May" metrostansiyası yaxınlığındakı əllərini qoynuna qoyub dayanan Cəfər Cabbarlının heykəli, başına yığılmış göyərçinlərə baxıb, təmizlənəcəyi günü gözləyir. Heykəl bütünlüklə quş nəcisi içindədir. Düzdür, göyərçinlər də təbiətin bir parçasıdır. Amma heykəlləri bu vəziyyətə düşmədən təmizləmək də olar.

© Sputnik / Irade JELILHüseyn Cavidin heykəli
Hüseyn Cavidin heykəli - Sputnik Azərbaycan
Hüseyn Cavidin heykəli

Yaxud Səməd Vurğun parkının mərkəzində əlini ürəyinin üzərinə qoyub dayanan Səməd Vurğunu dərd götürüb. Onun günahı nədir ki, təmizlənmir? Niyə heykəllər ölkəmizə gələn turistlərin yaddaşında çirkli, nəcis içində xatırlanmalıdır?

Hüseyn Cavid isə boynunu büküb. Sanki, utandığından başını yerdən qaldıra bilmir.

© Sputnik / Irade JELILSəməd Vurğunun heykəli
Səməd Vurğunun heykəli - Sputnik Azərbaycan
Səməd Vurğunun heykəli

Heykəllər baxımsız və çirkli vəziyyətdədir. Aidiyyatı qurumların başı isə daha vacib işlərə qarışıq olduğu üçün, heykəllərin təmizlənməsi ilə məşğul olmağa vaxt tapmırlar.

Ekoloq Vaqif Əliyevin sözlərinə görə, heykəllər mütəmadi olaraq təmizlənməlidir: "Çünki bu, ətraf mühit üçün də önəmlidir. Bir heykəl illər boyu yuyulmasa, çirklənsə, quşların nəcisinə batsa, o, ətraf mühitə də mənfi təsir göstərər, müxtəlif xəstəliklərin yaranmasına səbəb olar".

Müsahibimiz bildirir ki, hazırda heykəllərin çoxu istirahət parklarındadır. Yəni, bu parklara insanlar istirahət etməyə, təmiz hava almağa gəlirlər. Ancaq çirkli, qoxu verən bir heykəlin olduğu parkda necə istirahət etmək olar?

© Sputnik / Irade JELILHeykəllərin təmizlənməsi, yuyulması ilə yerli icra hakimiyyətləri məşğul olmalıdır
Heykəllərin təmizlənməsi, yuyulması ilə yerli icra hakimiyyətləri məşğul olmalıdır - Sputnik Azərbaycan
Heykəllərin təmizlənməsi, yuyulması ilə yerli icra hakimiyyətləri məşğul olmalıdır

V. Əliyev qeyd edir ki, aidiyyatı qurumlar heykəllərin təmizlənməsi ilə məşğul olmursa, vətəndaşlar özləri bu addımı atmalıdırlar: "Əgər oturduğunuz parklarda heykəllər çirklidirsə, su götürün, yumağa başlayın. Bəlkə aidiyyatı qurumlar bu halda öz məsuliyyətini dərk edər".

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin ictimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri İntiqam Hümbətov Sputnik Azərbaycan-a bildirib ki, heykəllərin təmizlənməsi, yuyulması ilə yerli icra hakimiyyətləri məşğul olmalıdır. Məsələ ilə bağlı əlaqə saxladığımız Bakı şəhər İcra Hakimiyyətinin telefonlarına isə, hər zaman olduğu kimi, cavab verən olmadı.

Təəssüf olsun ki, gənc nəsil heykəlləri quş nəcisi içində, tozlu-çirkli olaraq xatırlayacaq. Elə şəhərimizin qonaqları da…

Xəbər lenti
0