"Avropa İttifaqına üzvlük bizim üçün həyati məsələ deyil"

© Photo : Murat Cetinmuhurdar/Presidential Palace/Handout via REUTERSПрезидент Турции Реджеп Тайип Эрдоган, фото из архива
Президент Турции Реджеп Тайип Эрдоган, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Terror mövzusuna toxunan Ərdoğan, bunun sadəcə bir ölkənin deyil, bütün dünyanın probleminə çevrildiyini deyib

BAKI, 25 may — Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqına üzvlüyün Türkiyə üçün zəruri olmadığı bildirib.

Ərdoğan bildirib ki, Aİ üzərinə düşəni vəzifəni yerinə yetirməlidir: "Biz 54 ildir üzərimizə düşəni yerinə yetiririk. İttifaq hələ də nəyi gözləyir? Brüsseldə keçirəcəyimiz görüşlərdə bunları dilə gətirəcəyik. Başa düşülməlidir ki, İttifaqa üzv olmaq bizim üçün labüd məsələ deyil".

Terror mövzusuna da toxunan dövlət başçısı bunun sadəcə bir ölkənin deyil, bütün dünyanın probleminə çevrildiyini deyib.

Xəbər lenti
0