BAKI, 24 may — Sputnik. Liviyanın Tripoli şəhərində İngiltərənin Mançester şəhərində terror aktı törədən Salman Abedinin kiçik qardaşı həbs edilib.
APA-nın verdiyi xəbərə görə, 1997-ci il təvəllüdlü Həşim Abedi mayın 23-də tutulub. Onun İŞİD terror qruplaşması ilə əlaqəli olduğu bildirilir.
Bundan əvvəl Mançesterdə terrorçu-kamikadzenin daha bir qardaşı İsmayıl Abedi saxlanılıb. Onun həbsini atası Ramadan Abedi təsdiqləyib.
Qeyd edək ki, mayın 23-də Mançesterdə törədilən partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. Terror aktına görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.