Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert: “Ruhani İrana sabitlik vəd edir”

© Sputnik / Murad OrujovПолитолог Фикрет Садыхов на заседании Клуба политологов
Политолог Фикрет Садыхов на заседании Клуба политологов - Sputnik Azərbaycan
Abunə olmaq
Politoloq Fikrət Sadıxov deyir ki, münasibətlərimiz sivil formada inkişaf etməyə hazırdır

Fikrət Sadıxov: “Qərb ölkələrinin İrana qarşı olan sanksiyaları ləğv etməsi mühüm məqamdır”
“Azərbaycanla əlaqələrimizi hökmən strateji səviyyədə davam etdirəcəyik”. Bu sözləri İran prezidenti Həsən Ruhani deyib.

Politoloq Fikrət Sadıxov Sputnik Azərbaycan-a deyir ki, son illər ərzində İranın demokratikləşməsi müşahidə olunur: “Onu da unutmaq olmaz ki, məhz Ruhaninin dövründə nüvə proqramı ilə bağlı saziş imzalanmışdı. Bu o deməkdir ki, İranda vəziyyət müəyyən qədər sabitləşib. Qərb ölkələri İrana qarşı olan sanksiyaların müəyyən hissəsini ləğv edib. Bu da mühüm məqamdır”.

“Bizim İranla münasibətlərimiz qonşuluq xarakteri daşıyır. Münasibətlərimiz sivil formada inkişaf etməyə hazırdır. İran həm də bu regionda aparıcı dövlətlərdən biridir. Düşünürəm ki, bundan sonra da əlaqələrimiz normal səviyyədə inkişaf edəcək” —  deyə o bildirib.

Xəbər lenti
0