Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

OPEC-in hasilat anlaşması bu tarixədək uzadıla bilər

© REUTERS / Heinz-Peter BaderШтаб-квартира OPEC в Вене, Австрия, 29 ноября 2016 года
Штаб-квартира OPEC в Вене, Австрия, 29 ноября 2016 года - Sputnik Azərbaycan
Abunə olmaq
Mayın 25-də Vyanada bir araya gələcək OPEC rəsmiləri neft hasilatının azaldılması ilə bağlı razılaşmanın vaxtının uzadılmasını müzakirə edəcəklər

BAKI, 24 may — Sputnik. Mayın 25-də Vyanada bir araya gələcək OPEC rəsmiləri neft hasilatının azaldılması ilə bağlı razılaşmanın vaxtının uzadılmasını müzakirə edəcəklər.

Sputnik Azərbaycan bloomberght-ə istinadla xəbər verir ki, neft qiymətlərini dəstəkləmək və iqtisadiyyatlarını canlandırmaq istəyən OPEC üzvləri və digər istehsalçılar razılaşmanın daha 9 ay uzadılması ilə bağlı anlaşmaya gələ bilərlər.

Məlumata görə, ümumi fikir birliyi razılaşmanın 2018-ci ilin mart ayına qədər davam etməsi istiqamətindədir. Digər variantlarda isə razılaşmanın daha 6 ay ya da gələn ilin sonuna kimi uzadılmasından söhbət gedir.

Qazaxıstan və İran məsələ ilə bağlı fikrini hələ açıqlamayan ölkələr arasındadır.

Hələ ki, razılaşmanın 12 ay uzadılmasını açıq şəkildə dəstəkləyən ölkə yoxdur.

Xəbər lenti
0