Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Reytinq agentliyindən Beynəlxalq Banka zərbə

© AFP 2024 / MIGUEL MEDINAFitch Ratings beynəlxalq reytinq agentliyi
Fitch Ratings beynəlxalq reytinq agentliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır

BAKI, 24 may — Sputnik. “Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının xarici valyutada emitentin uzunmüddətli defolt reytinqini “CCC” səviyyəsindən “RD” (məhdud defolt) səviyyəsinədək endirib.

“APA-Economics” xəbər verir ki, qısamüddətli reytinq “C” səviyyəsindən “RD” səviyyəsinədək salınıb.

Hər iki reytinq RWE (yenidən baxılma) siyahısından çıxarılıb.

Bankın dayanıqlılıq reytinqi “f” səviyyəsində saxlanılıb. Banka verilən dəstək “5” səviyyəsində təsdiqlənib.

Reytinqin endirilməsi bankın elan etdiyi restrukturizasiya planı ilə əlaqədardır. “Fitch”in meyarlarına əsasən, restrukturizasiya ümidsiz borcların mübadiləsi deməkdir.

Xəbər lenti
0