CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Hər küncə bir yanğınsöndürən yerləşdirə bilmərik" — FHN ittihamlara cavab verdi

© Sputnik / Irade JELILFHN Yanğından Mühafizə Hissəsi
FHN Yanğından Mühafizə Hissəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin məsul əməkdaşı sosial şəbəkə istifadəçilərinin ittihamlarına cavab verib

BAKI, 24 may — Sputnik. Azərbaycan yanğınsöndürənləri hazırlıq səviyyəsinə görə, Amerika və avropalı həmkarlarından geri qalmırlar. Bunu Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev, sosial şəbəkə istifadəçilərinin yanğınsöndürənlərin ünvanına səsləndirdikləri ittihamları şərh edərkən deyib.

Yanğınsöndürmə nərdivanı, arxiv şəkli - Sputnik Azərbaycan
HADİSƏ
Yaşayış binasında yanğın: sakinlər təxliyə olundu

Qeyd edək ki, Ziya Bünyadov prospektində baş verən və iki qardaşın – Aleksandr (1954-cü il təvəllüdlü) və Anatoli (1952-ci il) Çekulayevlərin ölümü ilə nəticələnən yanğınla bağlı "Facebook" sosial şəbəkəsində hadisə yerindən çəkilmiş video yayılıb. Şəbəkə istifadəçiləri bildiriblər ki, yanğınsöndürənlər həmişə olduğu kimi hadisə yerinə gec – hər şey yanandan və adamlar öləndən sonra gəliblər.

Xudiyevin sözlərinə görə, çağırışla bağlı bütün informasiyalar diskə yazılır: "Kim zəng edib, nə vaxt zəng edib, yoxlaya bilərsiniz. Sözügedən yanğın Ziya Bünyadov prospektindəki ikinci dərəcəli yolda yerləşən evdə baş verib. Orada hərəkət birtərəflidir və hadisə baş verən vaxt həmin sahədə sıxlıq olub və avtomobillər saatda 5 kilometr sürətlə hərəkət ediblər. Bütün bu məqamları nəzərə alanda yanğınsöndürənlər hadisə yerinə vaxtında çatıblar. Normativə əsasən, yanğınsöndürənlər çağırışdan 1 dəqiqə sonra depodan çıxırlar".

Məlumdur ki, Çekulayevlərin mənzili "Xruşşovka"nın dördüncü mərtəbəsində olub və orada qaz sızması nəticəsində partlayış baş verib. Qaz plitəsi boruya rezin şlanqla bərkidilib ki, oradan da qaz sızıb. Partlayış dalğası mənzilin pəncərəsini elə vurub atıb ki, o, həyətdə park edilmiş "Niva" markalı avtomobilin üstünə düşüb.

"Yanğından mühafizə maşınları GPRS sisteminə qoşulub və həmişə qısa yolu seçir ki, yanğın yerinə tez çatsın. Hesablamaya görə, partlayışdan sonra 10-11 dəqiqə ərzində hadisə yerinə çatıblar. Bununla yanaşı, Azərbaycanda minik avtomobillərinin və avtobusların sürücüləri xüsusi xidmət avtomobillərini buraxmırlar. Bizim vətəndaşlarımız ancaq tənqid etməyi bacarır" – deyə rəis müavini bildirib.

Sözügedən yanğın hadisəsinin baş verdiyi binadakı qonşu mənzildə iki azyaşlı uşaq olub. Uşaqlar evakuasiya edilib. Ümumilikdə həmin vaxt blokda olan 7 nəfər təxliyə edilib. Yanğın yarım saat ərzində söndürülüb. Ümumilikdə söndürülmə prosesi 40 dəqiqə çəkib ki, yanğın tamamilə aradan qaldırılsın. Yanğınsöndürənlər qonşu mənzilləri qoruyublar.

Şirvan Milli Parkının ərazisində yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Dövlət qoruğunda yanğın baş verib

Çekulayev qardaşları haqqında qonşuların dediklərinə görə, onlar alkoqol aludəçisi olublar. Əvvəllər onların üçotaqlı mənzilləri olub. Sonra onu ikiotaqlı mənzilə dəyişiblər. Sonra isə ümumiyyətlə birotaqlıya köçüblər. Onların ailəsi olmayıb. Ehtimal ki, partlayış vaxtı onlar sərxoş olublar. Xudiyevin sözlərinə görə, Çekulayevlərin mənzili əsl zibilliyə çevrilibmiş, orada zibil əlindən sərbəst tərpənmək mümkün deyilmiş.

"Vətəndaşlar başa düşməlidirlər ki, yanğınsöndürən avtomobillər hər küncdə növbə çəkmirlər, onların öz dislokasiya yerləri var. Hər bir yanğınsöndürənin öz sahəsi var. Biz hər il şəhərdə 50 yanğınsöndürmə sahəsi qura bilmərik. Normaya görə, çıxış radiusu 5 kilometr olmalıdır. Amma bu gün çıxış radiusu normadan artıqdır. Azərbaycan neft ölkəsidir. Bakıda yanğınsöndürmə bölmələri 150 ildir mövcuddur. Sosial şəbəkə istifadəçilərinə demək istəyirəm ki, bizim xidmətlərin işini qınamaq lazım deyil" — deyə Xudiyev bildirib.

Xəbər lenti
0