Vəzifəyə təyin olunan sabiq nazirdən ilk açıqlama gəldi

© Photo : APAƏli Abbasov
Əli Abbasov - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Abbasov ona göstərilən etimadı doğrultmağı çalışacağını bildirib

BAKI, 24 may — Sputnik. Xəbər verdiyimiz kimi, keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. Bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib.

Sputnik Azərbaycan xəbər verir ki, məsələni sfera.az-a təsdiqləyən keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ona göstərilən etimadı doğrultmağı çalışacağını bildirib: "Xəbəri düz eşitmisiniz. Doğrudur. Nə deyə bilərəm. Mənə göstərilən etimadı doğrultmağa çalışacağam".

Xəbər lenti
0