CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Allahşükür Paşazadə qəzəbləndi

© Sputnik / Murad OrujovПраздничный намаз в мечети Тезе Пир
Праздничный намаз в мечети Тезе Пир - Sputnik Azərbaycan
Abunə olmaq
Şeyxülislam Hacı Allahşükür Paşazadə Göyçaydakı dini icmalardan birinin sədri Ruslan Məmmədova xəbərdarlıq edib

BAKI, 24 may — Sputnik. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan ayı ilə bağlı keçirilən tədbirdə ölkə dindarlarına xəbərdarlıq edib. Sputnik Azərbaycan xəbər verir ki, o, din xadimləri, axundlar və mollaların məclislərdə başqa ölkərlərdə cərəyan edən hadisələr barədə danışmasını yolverilməz adlandırıb.

"Tapşırmışam ki, hər kəs ancaq Azərbaycanda baş verənlər haqqında danışsın. Din xadimləri moizələrində başqa ölkədə baş verən hadisələr barədə danışmasınlar" — Şeyxülislam bildirib.

"Məzhəb ayrı-seçkiliyinə yol verməsinlər. Bu mövzuda müzakirələr aparmasınlar. QMİ–nin fətvasına qarşı çıxmasınlar. Eşitmişəm ki, Göyçayda dini icmalardan birinin sədri Ruslan Məmmədov fətvaya qarşı çıxır, insanlara başqa təqvim təlqin edir. Olmaz belə. Diqqətli olmaq lazımdır. Fətvaya qarşı çıxmaq olmaz" — deyə Paşazadə əlavə edib.

Xəbər lenti
0