Tramp administrasiyasından Azərbaycana yönəlik radikal qərar

© REUTERS / Jim Young/File PhotoAğ Evin Şərq otağında Amerika Birləşmiş Ştatlarının dövlət gerbi, arxiv şəkli
Ağ Evin Şərq otağında Amerika Birləşmiş Ştatlarının dövlət gerbi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir"

BAKI, 24 may — Sputnik. Ağ Ev administrasiyası büdcənin azaldılması ilə bağlı Konqresə təklif göndərib. Sputnik Azərbaycan bu barədə Ağ Evin rəsmi saytına istinadən xəbər verir.

Donald Tramp administrasiyasının Konqresə göndərdiyi təklifdə qeyd olunur ki, 2018-ci ildə ABŞ-ın Azərbaycana maliyyə yardımı 90 faiz azaldılaraq 1 milyon dollar təşkil etməlidir. Ermənistana isə maliyyə dəstəyi 67 faiz ixtisar olunub.

Ağ Ev rəhbərliyi, Gürcüstan və Ukraynaya nəzərdə tutulan maliyyə yardımının azaldılmasında da israrlıdır. Hökumətin təklifində Gürcüstana maliyyə yardımı 58 faiz, Ukraynaya isə 70 faiz azaldıla bilər.

Xəbər lenti
0